• 23 Oktyabr 2019
logo
add image
Çempionlar Liqasında "Qarabağ"ın potensial rəqibləri məlum oldu

Çempionlar Liqasında "Qarabağ"ın potensial rəqibləri məlum oldu

İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Trend-in məlumatına görə, Ağdamın “Qarabağ” klubu üçüncü təsnifat mərhələsində APOEL-i (Kipr) keçəcəyi təqdirdə PAOK (Yunanıstan) - "Ayaks" (Niderland) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş "Qarabağ"ın meydanında baş tutacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk görüşləri 20-21 avqust, cavab görüşləri 27-28 avqust tarixlərində keçiriləcək.