• 18 Aprel 2024
logo
Azərbaycanlı atletin nəticəsi “50 qızıl an” arasına düşüb

Azərbaycanlı atletin nəticəsi “50 qızıl an” arasına düşüb

Avropa Atletika Assosiasiyasının (European Athletics) bütün dövrlərin ən yaxşı 50 nəticəsini təqdim edib.

Apasport.az saytının məlumatına görə, azərbaycanlı atlet Ramil Quliyevin 2018-ci ildə göstərdiyi performans da “50 qızıl an” arasına düşüb.

O, həmin vaxt Almaniyada təşkil olunan Avropa çempionatında 19,76 saniyə ilə qızıl medala layiq görülüb. Həmyerlimiz iki il əvvəlki qitə birinciliyində Pietro Mennaya məxsus Avropa rekorduna (19,72) yaxın nəticə göstərib.

Qeyd edək ki, Türkiyə millisinin şərəfini qoruyan Quliyev hələ 19 yaşı olarkən Berlindəki yarışda Useyn Bolta məxsus 200 metrlik dünya rekordunu qırmağa müvəffəq olub.