• 30 Sentyabr 2020
logo
Azərbaycan Premyer Liqasında mövsümün püşkü atılıb

Azərbaycan Premyer Liqasında mövsümün püşkü atılıb

Premyer Liqanın yeni loqosu tünd fonda ağ rəngdədir. Açıq fonda olarkən, loqonun əsas hissələri tünd göy göstərilir.

Bu gün Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, püşkatma mərasimi AFFA-nın inzibati binasında keçirilib.

Klub və KİV nümayəndələri üçün qapalı olan tədbirdə yeni mövsümün 1-ci turunda qarşılaşacaq cütlər müəyyənləşib. Tədbirdə PFL prezidenti Ramin Musayev, həmçinin qurum rəsmiləri Aslan Şahgəldiyev və Elgiz Abbasov, eləcə də, xüsusi qonaq qismində futbol veteranı Çingiz İsmayılov iştirak edib. Püşkatmaya keçməzdən əvvəl tədbir iştirakçıları çıxış edərək, həm ümumi məlumatlar verib, həm də futbol ictimaiyyətini təbrik edib.

Püşkün nəticəsinə əsasən, avrokubok iştirakçıları “Sumqayıt”la “Keşlə” ilk turda üz-üzə gələcək. Turun mərkəzi oyununda “Qarabağ” “Sabah”ı qəbul edəcək.

I tur

“Neftçi” – “Səbail”
“Sumqayıt - “Keşlə”
“Qarabağ” - “Sabah”
“Qəbələ” - “Zirə”

Qeyd edək ki, əvvəlki mövsümlərdə olduğu kimi, Premyer Liqada 2020/21 mövsümü də 4 dövrədən ibarət olacaq.