• 27 Sentyabr 2020
logo
Avropa Liqasında yarımfinalçılar bəlli olub

Avropa Liqasında yarımfinalçılar bəlli olub

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Almaniyada təşkil olunan həlledici mərhələnin ikinci günündə digər iki yarımfinalçı müəyyənləşib.

Helzenkirhendə "Bazel"i darmadağın edən Donetsk "Şaxtyor"u finalın bir addımlığına yaxınlaşıb.

Digər qarşılaşma Duysburqda baş tutub. "Vulverhempton"la "Sevilya"nın dueli daha gərgin alınıb. İngilislərin 13-cü dəqiqədə penaltidən yararlana bilmədiyi görüşün sonlarında Lukas Okampos vurduğu yeganə qolla "Sevilya"nı yarımfinala daşıyıb.

Beləliklə, yarımfinalda "Sevilya" "Mançester Yunayted"ə, "Şaxtyor" isə "İnter"ə rəqib olub. Oyunlar müvafiq olaraq avqustun 16-17-də keçiriləcək.

Avropa Liqası
1/4 final
11 avqust

23:00. “Şaxtyor” (Ukrayna) – “Bazel” (İsveçrə) - 4:1
Qol: Moraes, 2, Tayson, 22, Patrik, 75 (pen.), Dodo, 88 - Volfsvinkel, 90+2
Baş hakim: Maykl Oliver (İngiltərə)
Helzenkirhen. “Veltins Arena”

23:00. “Vulverhempton” (İngiltərə) – “Sevilya” (İspaniya) - 0:1
Qol: Okampos, 88
Baş hakim: Daniele Orsato (İtaliya)
Duysburq. “MSV Arena”