• 19 Aprel 2024
logo
Artim Şakiri: “Qarabağ” aşkar favoritdir"

Artim Şakiri: “Qarabağ” aşkar favoritdir"

“Təsnifatın bu mərhələsində bir oyun olacaq. Bu səbəbdən də bəzi komandalar üçün çətin matçların olması mütləqdir”.

Apasport.az saytının məlumatına görə, bunu Ağdamın “Qarabağ” klubunun sabiq futbolçusu Artim Şakiri deyib.

Şimali Makedoniya millisinin sabiq üzvü Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. O, Azərbaycan çempionu “Qarabağ”ı Şimali Makedoniya təmsilçisi “Sileks”lə dueldə aşkar favorit sayır: “Mən düşünürəm ki, “Qarabağ” “Sileks”ə qalib gələcək. Görüş Bakıda keçiriləcək. Bu da “Sileks” üçün mənfi məqamdır. İstənilən halda, “Qarabağ” aşkar favoritdir. Amma futbolda sürprizlər çox olur”.
Qeyd edək ki, Şakiri 2008/09 mövsümündə “Qarabağ”ın formasını geyinib.