• 29 Mart 2024
logo
Monteneqro - Azərbaycan matçının stadionu bəlli oldu

Monteneqro - Azərbaycan matçının stadionu bəlli oldu

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Monteneqronun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

"Report" UEFA-nın rəsmi saytına istinadən istinadən xəbər verir ki, Faruk Hacibeqiçin baş məşqçi olduğu komanda oktyabrın 10-da Azərbaycan yığmasını "Podgorica City Stadium"da qəbul edəcək.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçi olduğu Azərbaycan yığması Millətlər Liqasındakı ilk matçını sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək. Komanda C Liqasının 1-ci qrupunda Kipr yığması ilə də qarşılaşacaq. Monteneqronun turnirdəki ilk iki matçı səfərdə olacaq.