• 29 Mart 2024
logo
Koronavirusla bağlı futbolda yeni qayda pozuntusu əlavə edilib

Koronavirusla bağlı futbolda yeni qayda pozuntusu əlavə edilib

Koronavirus pandemiyası fonunda futbolda yeni qayda pozuntusu əlavə edilib.

İngiltərə Futbol Federasiyası yeni mövsümdən etibarən oyun zamanı hakimin və ya rəqib oyunçunun üzərinə qəsdən öskürən futbolçunun qırmızı vərəqə göstərilərək meydandan qovulması barədə qərar qəbul edib.

Bu cəzanın digər ölkələrdə tətbiq olunub-olunmaması hələlik məlum deyil.

Futbolda qaydaların təkmilləşdirilməsi və dəyişdirilməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyası Şurası (IFAB) qəsdən öskürmənin qayda pozuntuları sırasına daxil ola biləcəyini bildirib.