• 16 Yanvar 2021
logo
Stiven Cerrard İngiltərədə klub çalışdırmaq variantından imtina edib

Stiven Cerrard İngiltərədə klub çalışdırmaq variantından imtina edib

"Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrardın İngiltərədə çalışmaq variantı yaranıb.
Apasport.az saytının məlumatına görə, "Bristol Siti" "Reyncers"in baş məşqçisinin xidmətində maraqlı olub.
Çempionşip təmsilçisi bununla bağlı Cerrarda rəsmi təklif də göndərib. Lakin 40 yaşlı çalışdırıcı bu təkliflə maraqlanmadığını, Şotlandiya təmsilçisini tərk etməyəcəyini bildirib.
Qeyd edək ki, Stiven Cerrard 2018-ci ildən "Reyncers"ə rəhbərlik edir.