• 29 Mart 2024
logo
Bu gün Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir start götürəcək

Bu gün Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir start götürəcək

İyulun 21-də Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında onlayn turnir start götürəcək. Yarışda hər komandanın tərkibində 10 şahmatçı mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, komandamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva yer alıblar.

Üç gün davam edəcək yarış 20 iyul - Beynəlxalq Şahmat Günü münasibətilə təşkil olunub. Ümumilikdə, 20 turdan ibarət turnir SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat federasiyalarının təşkilatçılığı ilə baş tutacaq.