• 18 Aprel 2024
logo
Məşhur kikboksçu:"Fəxr edirəm ki, üçrəngli bayrağımızı zirvərlərə qaldırıb vətənimi ləyaqətlə, şərəflə təmsil edirəm"

Məşhur kikboksçu:"Fəxr edirəm ki, üçrəngli bayrağımızı zirvərlərə qaldırıb vətənimi ləyaqətlə, şərəflə təmsil edirəm"

Azərbaycanın bir sıra idman yarışlarına ev sahibliyi etməsi onun beynəlxalq nüfuzundan xəbər verir.
Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra nüfuzlu beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədov ölkəmizdə təşkil edilən beynəlxalq yarışlarla bağlı fikirlərini şərh edərkən bildirib:
“Bir idmançı kimi əldə olunan uğurlarla qürur duyuram. Ölkəmiz tanınır və beynəlxalq aləmdə də nüfuzu getdikcə artır. Dünya arenasında qazandığımız uğurlar, beynəlxalq yarışların ölkəmizdə təşkili dövlətimizin artan nüfuzundan xəbər verir. Dünya liderləri tərəfindən birmənalı şəkildə qəbul olunur ki, Azərbaycan sabitlik və inkişaf adasıdır. Ölkədə idmanın müxtəlif sahələri inkişaf edir. Fəxr edirəm ki, üçrəngli bayrağımızı zirvərlərə qaldırıb vətənimi ləyaqətlə, şərəflə təmsil edirəm. Bir idmançı üçün bundan qürurlu heç nə ola bilməz”-X.Əhmədov söyləyib.