• 9 Dekabr 2019
logo
add image
BNA "EYOF Bakı 2019"un finalında ekspres marşrut xətti üzrə daşımaları həyata keçirəcək

BNA "EYOF Bakı 2019"un finalında ekspres marşrut xətti üzrə daşımaları həyata keçirəcək

“XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə əlaqədar nəzərdə tutulan nəqliyyat tədbirlərinin vaxtında və yüksək səviyyədə icrası məqsədilə Bakı Nəqliyyat Agentliyi 19-29 iyul tarixlərində xüsusi rejimdə fəaliyyət göstərir.
Agentlikdən verilən məlumata görə, nəqliyyat planına uyğun olaraq iyulun 19-dan festivalda iştirak edəcək atletlərin, komanda üzvlərinin və qonaqların müəyyən olunmuş obyektlər üzrə daşınması davam etdirilir.
İyulun 27-i saat 17:30-dan isə Bakı Kristal Zalı istiqamətində ekspres marşrut xətti üzrə daşımalara başlanılacaq. Artıq X1 xətti üzrə avtobuslar Səməd Vurğun bağı Dilarə Əliyeva küçəsində və Hüseyn Cavid prospekti, metronun “Elmlər Akademiyası” stansiyası ətrafında hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, festivalla bağlı nəqliyyat əməliyyatlarının icrasına Bakı Nəqliyyat Agentliyinin 100 nəfərdən artıq əməkdaşı cəlb edilib.