• 12 İyul 2025
logo
“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

“Neftçi” daha bir futbolçusu ilə müqaviləni yeniləyib

"Neftçi"də daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, qapıçı Aqil Məmmədovla müqavilə müddəti uzadılıb.

31 yaşlı qolkiperlə anlaşmanın müddəti 2 illik olub. Məmmədov 2022-ci ilin yayına qədər "ağ-qaralar”a məxsus olacaq.

Qeyd edək ki, "Neftçi"də bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov, Ömər Buludov, Kamran İbrahimov və Rəhman Hacıyev yeni müqavilə bağlayıb Onlardan Hacıyev "Keşlə"yə icarəyə verilib.