• 25 Aprel 2024
logo
AFFA İcraiyyə Komitəsi Canni de Byazi ilə danışıqları davam etdirməyə qərar verib

AFFA İcraiyyə Komitəsi Canni de Byazi ilə danışıqları davam etdirməyə qərar verib

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərin müzakirəsi olub.

Komitə üzvləri digər məsələlərlə yanaşı, yığmanın baş məşqçisi vəzifəsinə namizədlər ətrafında fikir mübadiləsi aparıblar. Assosiasiya baş məşqçi ilə bağlı konkret qərar verməyib. Səs çoxluğu ilə qərara alınıb ki, italiyalı Canni de Byazi ilə danışıqlar davam etdirilsin.

Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətlə əlaqədar italiyalı çalışdırıcı AFFA-nın şərtlərini qəbul etsə, yaxın müddətdə baş məşqçi vəzifəsinə təyin olunacaq.

Qeyd edək ki, millimizə digər namizədlər irlandiyalı Roy Kin və yerli mütəxəssis Arif Əsədov idi.