• 27 Aprel 2024
logo
"EYOF Bakı 2019": Velosiped idmanı üzrə qızlar arasında qrup yarışının qalibləri məlum olub

"EYOF Bakı 2019": Velosiped idmanı üzrə qızlar arasında qrup yarışının qalibləri məlum olub

XV Avropa Yay Gənclər İdman Festivalı (EYOF Bakı 2019) çərçivəsində velosiped idmanı üzrə qızlar arasında qrup yarışı keçirilib.
Trend-in məlumatına görə, medallar uğrunda 30-dan çox ölkədən 75 idmançı (50 km) mübarizə aparıb.
Yarışın yekunlarına görə, Zoe Bakstedt (Böyük Britaniya) qızıl (1:21.00), Françeska Barale (İtaliya) gümüş (1:22.04), Alena İvançenko (Rusiya) bürünc (1:22.09) medallar qazanıblar.