• 24 Aprel 2024
logo
Futbolda 5 əvəzetmə qaydasının müddəti uzadılır

Futbolda 5 əvəzetmə qaydasının müddəti uzadılır

Koronavirus pandemiyası üzündən yaranan fasilədən sonra klublara hər oyunda 5 əvəzetmə hüququnun verilməsi qaydasının müddəti uzadılacaq.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) bu yeniliyin növbəti mövsümün bütün matçlarında tətbiqinə icazə verəcək.

Öncədən bunun yalnız 2020-ci ilə aid olması barədə qərar qəbul olunmuşdu. Komandalar 2019/20 mövsümünün bərpadan sonrakı hissəsində və 2020/21 mövsümünün ilk yarısında 5 əvəzetmə hüququna malik idi.

İFAB-ın icazəsindən sonra hər liqa özü qərar verməkdə müstəqil olacaq. Qurum icazə ilə bağlı qərarını yaxın müddətdə açıqlamalıdır.

Bir müddət öncə bu qaydanın 2021-ci ilin yayında keçiriləcək AVRO-2020-də də tətbiq olunacağı iddia olunub.

Qeyd edək ki, 5 əvəzetmə üç dəfəyə həyata keçirilməlidir.