• 20 Avqust 2019
logo
add image
Azərbaycan gimnastı: Azarkeşlərin dəstəyi çox kömək edir

Azərbaycan gimnastı: Azarkeşlərin dəstəyi çox kömək edir

Tamaşaçıların dəstəyi çox kömək edir və həvəsləndirir. Bunu Trend-ə "EYOF Bakı-2019"da idman gimnastikası üzrə yarışlarda çıxış edən Azərbaycan gimnastı Milana Minakovskaya deyib.
Azərbaycan idmançısı bildirib: "Tapşırıqlarımı icra edərkən yıxıldım, amma komanda dostlarım və tamaşaçılar məni çox dəstəklədilər. Çıxışımdan sonra məşqçimlə söhbət etdim, buraxdığım səhvləri müzakirə etdik".
O qeyd edib ki, "EYOF Bakı-2019" çərçivəsində yarışlar onun üçün çox vacibdir.
XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü davam edir.
İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparır. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edir.
Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.