• 20 Avqust 2019
logo
add image
Azərbaycan cüdoçusu “EYOF Bakı 2019”un finalında

Azərbaycan cüdoçusu “EYOF Bakı 2019”un finalında

Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.
Trend-in məlumatına görə, oğlanların yarışında uğurla çıxış edən Turan Bayramov (60 kq) yarımfinalda türkiyəli idmançı Muhammed Demirele vazari xalı ilə qalib gələrək finala yüksəlib. İdmançımız finala gedən yolda Adam Saferini (Avstriya), daha sonra yunanıstanlı Mikis Tontimidisi ipponla məğlub edib.
Qadın güləşçimiz Gülşən Bəşirova (44 kq) isə təsəlliverici görüşə qatılıb. İdmançımız birinci qarşılaşmada polşalı Nataliya Stoklosanı məğlubiyyətə uğradıb.