Atletlərdən qadınların üç təkanla tullanma yarışında Azərbaycan atleti Sabrina Jralova finala vəsiqə qazanıb.
Trend-in məlumatına görə, o, təsnifat mərhələsində 12,23 metr nəticə göstərib. Final iyulun 26-da baş tutacaq.
Lamiyə Vəliyeva isə 200 metr məsafəyə qaçışda I mərhələdə 25,06 saniyə nəticə ilə 20 atlet arasında 14-cü yeri tutub. Oğlanların mübarizəsində eyni məsafəyə qaçışda Əli Abdıyev (22.63 san) 19 iştirakçı arasında 14-cü olub və hər iki idmançı mübarizəni dayandırıb.