• 28 Mart 2024
logo
Avropa Liqasında 2020/21 mövsümünün tam təqvimi açıqlanıb

Avropa Liqasında 2020/21 mövsümünün tam təqvimi açıqlanıb

Avropa Liqasında 2020/21 mövsümünün təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, turnirə avqustun 20-də start veriləcək.

Plana əsasən, oktyabrın 22-də qrup mərhələsində mübarizə başlayacaq. Final qarşılaşması isə 2021-ci il mayın 26-da olacaq.

Təsnifat mərhələsi
20 avqust. ilkin mərhələ
27 avqust. I mərhələ
17 sentyabr. II mərhələ
24 sentyabr. III mərhələ
1 oktyabr. Pley-off mərhələsi

Qrup mərhələsi
22 oktyabr. I tur
29 oktyabr. II tur
5 noyabr. III tur
26 noyabr. IV tur
3 dekabr. V tur
10 dekabr. VI tur

Final mərhələsi
18-25 fevral 2021. 1/16 final
11-18 mart. 1/8 final
8-15 aprel. 1/4 final
29 aprel - 6 may. Yarımfinal
26 may. Final

Qeyd edək ki, Azərbaycanı 2020/21 mövsümündə Avropa Liqasında "Neftçi", "Keşlə" və "Sumqayıt" təmsil edəcək. Hər üç klub I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.