• 20 Aprel 2024
logo
Çempionlar Liqasının keçiriləcəyi şəhərdə karantin tətbiq edildi

Çempionlar Liqasının keçiriləcəyi şəhərdə karantin tətbiq edildi

UEFA Çempionlar Liqasının oyunlarının keçiriləcəyi Portuqaliyanın paytaxtı Lissabon şəhərində yenidən karantin rejimi tətbiq olunub,

"Report"un məlumatına görə, qərar koronavirusa yoluxanların sayının artması ilə əlaqədar qəbul edilib. 19 bölgədəki 700 min insan yalnız işə getmək və ehtiyaclarını qarşılamaq üçün evdən çıxa bilərlər.

Qeyd edək ki, Portuqaliyada koronavirusa yoluxanların sayı 42 mini ötüb. 1500 nəfər isə dünyasını dəyişib. UEFA iyunun 17-də Çempionlar Liqasının 1/4 final mərhələsindən etibarən bütün qarşılaşmaların 12 - 23 avqustda Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcəyini açıqlayıb.