• 25 Aprel 2024
logo
“EYOF Bakı 2019”: Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazanıb

“EYOF Bakı 2019”: Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazanıb

İyulun 24-də Azərbaycan atleti Məryəm Şeyxəlizadəxangah “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarının yarımfinalına vəsiqə qazanıb.
Trend-in məlumatına görə, təmsilçimiz 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında 1 dəqiqə 2,11 saniyə nəticə göstərərək növbəti mərhələyə adlayan 16 idmançı siyahısında yer almağı bacarıb.
Qadınlar arasında 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışının yarımfinal mərhələsi axşam sessiyasında keçiriləcək.