• 28 Mart 2024
logo
Şahmat üzrə onlayn Olimpiada keçiriləcək

Şahmat üzrə onlayn Olimpiada keçiriləcək

Koronavirus pandemiayası dövründə onlayn blits şahmat üzrə bir sıra turnirlər keçirən FİDE daha böyük layihəni gerçəkləşdirəcək.

Apasport.az saytının məlumatına görə, qurum onlayn Olimpiadanın keçiriləcəyini açıqlayıb.

Yarış 2020-ci il iyulun 22-də start götürəcək. Olimpiadaya avqustun 30-da yekun vurulacaq.

Qarışıq komandaların mübarizəsində hər yığmada 6 şahmatçı yer alacaq. Bunlardan ən azı ikisi qadın olmalıdır. Həmçinin hər komandada bir oğlan və bir qız 20 yaşadək olmalıdır. Bundan başqa, hər yığma 6 ehtiyat oyunçu və kapitan sifariş edəcək.

Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaq. Ardınca pley-off baş tutacaq.

Qeyd edək ki, hələlik divizionların tərkibləri rəsmən açıqlamayıb. Azərbaycan yığmasının 40 komandanın yer alacağı Top-divizionda mübarizə aparacağı gözlənilir.