• 29 Mart 2024
logo
Azərbaycan millisinin futbolçusu üçün edilən müraciət rədd olundu

Azərbaycan millisinin futbolçusu üçün edilən müraciət rədd olundu

İspaniyanın "Albasete" klubu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov üçün Apellyasiya Komitəsinə müraciət edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, klub 28 yaşlı yarımmüdafiəçinin Sequndanın XXXVI turunda "Rasinq"lə matçdakı sarı vərəqəsinin ləğv olunmasını istəyib, lakin müraciət rədd edilib.

Klub 90 avro məbləğində cərimələnib. Bundan əlavə "Albasete"nin baş məşqçisi Lukas Alkaras və futbolçu Dani Oyeda sarı vərəqə aldıqları üçün klubu eyni məbləğdə ziyana salıblar.

Qeyd edək ki, "Albasete" səfərdə "Rasinq"i 2:1 hesabı ilə məğlub edib.