• 28 Mart 2024
logo
Azərbaycanın iki güləşçisi finala yüksəldi - “EYOF Bakı- 2019”

Azərbaycanın iki güləşçisi finala yüksəldi - “EYOF Bakı- 2019”

XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə iki pəhləvanımız finala vəsiqəni təmin edib.
Trend-in məlumatına görə, yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Elmir Əliyev (51 kq) səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0) dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda isə gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edərək finala vəsiqə qazanıb.
Kənan Heybətov (51 kq) isə finala gedən yolda ukraynalı İvan Terziyə (12:2), finlandiyalı Niko Hivoneyə (10:0), yarımfinalda Nektarious Kuzupisə (12:1) qalib gələrək finala yüksəlib.
Sərbəst güləşçimiz Cəbrayıl Hacıyev (65 kq), yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq), qadın pəhləvanlardan isə Nigar Mirzəzadə (65 kq) və Elnurə Məmmədova (53 kq) yarımfinalda mübarizəni davam etdirirlər.