• 18 Avqust 2019
logo
add image
Azərbaycan gimnastları komanda yarışlarına liderlik edir - “Bakı 2019”

Azərbaycan gimnastları komanda yarışlarına liderlik edir - “Bakı 2019”

XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası üzrə yarışları davam edir.
Trend-in məlumatına görə, kişi gimnastlar komanda yarışlarında güclərini sınayırlar. Səməd Məmmədli, Ağakazım Rüstəmov və Mənsum Səfərovdan ibarət Azərbaycan komandasının iştirak etdiyi birinci qrupun yarışları başa çatıb. İslandiya, Kipr, Polşa, Avstriya və Belarusdan olan gimnastların mübarizə apardığı qrupda Azərbaycan idmançıları uğurla çıxış edərək birinci olublar.
Azərbaycan millisi hazırda komanda hesabında irəlidədir.
İkinci qrupda Xorvatiya, İtaliya, Rumıniya, Litva, Macarıstan, Belçika, Serbiya, Slovakiya, Bolqarıstan, Portuqaliya, Andorra, Latviya, Fransa, İsveç, üçüncü qrupda isə Böyük Britaniya, Niderland, İspaniya, Norveç, Türkiyə, İsveçrə, Ukrayna, Almaniya, Finlandiya, Rusiya və Çexiya gimnastları mübarizə aparacaqlar.
Sonda üç qrupun nəticəsinə görə, qaliblər müəyyən ediləcək.