• 19 Oktyabr 2021
logo
Azərbaycan şahmatçısı Qran-Prinin 1/8 finalında mübarizəni dayandırıb

Azərbaycan şahmatçısı Qran-Prinin 1/8 finalında mübarizəni dayandırıb

Onlayn keçirilən sürətli şahmat üzrə qadınlar arasında dünya çempionatı Qran-Prisinin I mərhələsi davam edir.

Apasport.az saytının məlumatına görə, 10300 ABŞ dolları mükafat fondu olan turnirdə yarımfinalçılar müəyyənləşib.

Cütlərin birində Valentina Qunina və Aleksandra Kostenyuk, digərində Anna Uşenina ilə Uolsoll Rameşbabu qarşılaşacaq. Turnirdə iştirak hüququnu pley-offdakı uğurlu çıxış sayəsində qazanan Azərbaycan təmsilçisi Günay Məmmədzadə I mərhələyə 1/8 finaldan başlayıb. Şahmatçımız Kostenyukla görüşüb. Rusiyalıya 0:11 hesabı ilə uduzan həmyerlimiz mübarizəni dayandırıb.

Lakin Günay daha iki turnirdə iştirak edəcək. Qran-Pridə 4 mərhələ olacaq. Hər iştirakçı bunlardan üçündə qüvvəsini sınayacaq. Günay sonuncu mərhələdə istirahət edəcək.