• 28 Mart 2025
logo
"Neftçi"nin sabiq futbolçusu Serbiya Kubokunun qalibi oldu

"Neftçi"nin sabiq futbolçusu Serbiya Kubokunun qalibi oldu

"Neftçi"nin sabiq futbolçusu Slavko Braliç "Voyvodina" klubunun heyətində Serbiya Kubokunu qazanıb.

28 yaşlı müdafiəçinin komandası finalda "Partizan"la üz-üzə gəlib. Xorvatiyalı oyunçu görüşə start heyətdə başlayıb və sonadək meydanda olub. Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Voyvodina" penalti zərbələrini dəqiq yerinə yetirib - 4:2.

Qeyd edək ki, Slavko Braliç 2018/2019 mövsümü ərəfəsində "Neftçi" ilə bir illik müqavilə bağlayıb, 2019-cu ilin əvvəlində onun sözləşməsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.