Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
Trend-in məlumatına görə, 48 kq çəkidə yarışan idmançı həlledici görüşdə Xviça Abuladze ilə (Gürcüstan) qarşılaşıb.
Qarşılaşmada qalib gələn Azərbaycan təmsilçisi qızıl medal qazanıb.
Bu gün Azərbaycanın daha 4 güləşçisi final, biri isə bürünc medal uğrunda görüşünə çıxacaq.
Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.