• 26 Sentyabr 2020
logo
Qurban Qurbanov dünyada eyni klubda çalışan məşqçilər siyahısında 6-cı olub

Qurban Qurbanov dünyada eyni klubda çalışan məşqçilər siyahısında 6-cı olub

Eyni klubun baş məşqçisi postunda ən uzun müddət çalışan mütəxəssislərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, CİES Futbol Observatoriyasının araşdırmalarında 79 ölkənin 110 liqası ilə bağlı göstəricilər nəzərə alınıb.

Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da siyahıda yer alıb. 4353 gündür bu vəzifədə çalışan 48 yaşlı mütəxəssis araşdırma aparılan liqalar üzrə 6-cı yerdədir.

Cədvələ isə Bruno Luzi başçılıq edir. Fransa Liqa2-də “Şambri”ni çalışdıran mütəxəssis 6910 gündür bu vəzifədədir.

Yüksək liqa təmsilçiləri arasında rekordçu Şimali İrlandiya təmsilçisi “Kruzaders”in baş məşqçisi Stefen Baksterdi – 5586 gün.

Ümumi siyahıda 3-cü yerə iki mütəxəssis şərikdir. Veqard Hensen (Myondalen, Norveç) və Andris Riherts (Metta, Latviya) 5265 gün eyni klubu çalışdırır. Qurbanovu qabaqlayan digər mütəxəssis isə Frank Şmidtdir (Haydenhaym, Almaniya) – 4641 gün.