• 23 Mart 2025
logo
“Fənərbaxça” Macarıstan çempionunu icarəyə götürmək istəyir

“Fənərbaxça” Macarıstan çempionunu icarəyə götürmək istəyir

Türkiyənin “Fənərbaxça” klubu heyətinə ukraynalı futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Şaxtyor”un yarımmüdafiəçisi Aleksandr Zubkovun xidmətində maraqlıdır.

Super Liqa təmsilçisi ukraynalı legioneri icarəyə götürmək istəyir. Cari mövsümü Macarıstanın “Ferensvaroş” klubunda icarədə olan futbolçu mövsümün sonunda Donetsk təmsilçisinə qayıdacaq.

Bir müddət əvvəl yarımmüdafiəçiyə Belçika təmsilçiləri “Genk”lə “Gent” də elçi düşüb. İtaliya “Sampdoriya”sı da onun xidmətində maraqlıdır.

Qeyd edək ki, Zubkov cari mövsüm Macarıstan çempionu adına yiyələnib.