• 1 Oktyabr 2020
logo
Basketbol üzrə avrokubok yarışları ləğv olunub

Basketbol üzrə avrokubok yarışları ləğv olunub

Basketbol üzrə avrokuboklarda daha üç turnirin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Basketbol Federasiyasının Avropa bölməsi FİBA Avropa verib.

Təşkilat koronavirus pandemiayası üzündən dayandırılan bütün turnirlərdə mövsümü başa çatdırıb. Bununla da kişi və qadınlar arasında FİBA Avropa kuboku, həmçinin qadınların Avroliqa turnirinə yekun vurulub. Hərçənd turnirlərin payızda bərpa olunacağı gözlənilirdi.

Növbəti mövsümün start vaxtı isə dəyişməz qalıb. Avrokuboklar həmişəki kimi sentyabr-oktyabrda başlayacaq.

Qeyd edək ki, FİBA Avropa bir müddət əvvəl digər iki turnir kişilərin Avroliqa və ULEB Avropa kubokunun davam etdirilmədən başa çatdırmışdı.