Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) Azərbaycanın bayraqdarı müəyyənləşib.
Trend-in məlumatına görə, iyulun 21-də start götürəcək festivalda bayraqdarımız yeniyetmələrdən ibarət cüdo üzrə milli komandamızın üzvü, Avropa birinciliyinin mükafatçısı Hüseyn Məmmədov (+90 kq) olacaq.
Cüdoçumuz Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını daşıyacaq.
Qeyd edək ki, EYOF-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.