• 23 Sentyabr 2020
logo
"Formula-1" üzrə Azərbaycan Qran-prisi rəsmən ləğv olunub

"Formula-1" üzrə Azərbaycan Qran-prisi rəsmən ləğv olunub

Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisi ləğv olunub.
Bu barədə yarış təşkilatçıları bəyanat yayıb.
Bildirilib ki, 2020-ci ildə Sinqapur və Yaponiya ilə yanaşı, Azərbaycan Qran-prisi ləğv olunub.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən isə açıqlamasında qeyd edib ki, COVİD-19 pandemiyası səbəbindən “Formula-1” Azərbaycan Qran-prisi 2020 ləğvindən böyük təəssüf hissi keçirir: “Yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula-1 azarkeşlərinin, həmçinin Formula-1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq. 2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 5-7-də keçirilməli olsa da, koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı. Dünya çempionatının hələlik ilk 8 mərhələsinin - Avstriya (3-5 iyul, 10-12 iyul), Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul-2 avqust, 7-9 avqust), İspaniya (14-16 avqust), Belçika (28-30 avqust) və İtaliya Qran-prisinin (4-6 sentyabr) tarixi isə təsdiqlənib.