• 20 Aprel 2024
logo
Avropa Gimnastikası qitə çempionatını Bakıya həvalə edib

Avropa Gimnastikası qitə çempionatını Bakıya həvalə edib

Kişilər və qadınlar arasında idman gimnastikası üzrə Avropa çempionatı Bakıda keçiriləcək.

Apasport.az saytının Avropa Gimnastikasının rəsmi tvitter səhifəsinə istinadən məlumatına görə, hər iki yarış bu ilin dekabrında baş tutacaq.

Kişilər 9-13 dekabrda, qadınlar isə 17-20 dekabrda mübarizə aparacaqlar. Hər iki çempionat Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olacaq.

Həmçinin Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabr təxirinə təyin edilib.

Qeyd edək ki, idman gimnastikası üzrə kişilərin Avropa çempionatı mayda Bakıda, qadınların yarışı isə aprelin sonu, mayın əvvəlində Parisdə keçirilməli idi.