• 25 Aprel 2024
logo
PFL Azərbaycan klublarının çempionatın bərpasına kimi yoxlama görüşü keçirə biləcəyini açıqlayıb

PFL Azərbaycan klublarının çempionatın bərpasına kimi yoxlama görüşü keçirə biləcəyini açıqlayıb

Azərbaycan Premyer Liqasının klubları koronavirus pandemiyası səbəbindən dayandırılan ölkə çempionatının bərpasına qədər yoxlama görüşləri keçirmək üçün Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.

Bu barədə apasport.az saytına PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, klubların iyunun 21-də bərpa olunacaq Premyer Liqa matçlarına qədər öz aralarında yoxlama görüşü keçirmələrində hər hansı maneə yoxdur: "Əsasnamədə belə bir bənd var ki, istənilən komanda yoxlama görüşündə çıxış etmək üçün mütləq Peşəkar Futbol Liqasını məlumatlandırmalıdır. Bu, təkcə karantin dövrünə aid deyil. Hətta Antalya toplanışları zamanı da yoxlama görüşü üçün seçilən rəqib bəzən federasiyanın razılıq məktubunu tələb edir. Klublarımız hazırlıq oyunu ilə bağlı Yarışların Təşkili Departamentinə rəsmi şəkildə məlumat veriblər. Bu mənada onların yoxlama görüşü keçirməsində problem yoxdur".

Qeyd edək ki, Türkiyə klubu "Fənərbaxça" yoxlama görüşü keçirmək üçün yerli futbol federasiyasına müraciət etsə də, buna razılıq ala bilməyib.