• 19 Mart 2024
logo
“I Əkinçi Kuboku” mini-futbol turnirinin finalçıları məlum olub

“I Əkinçi Kuboku” mini-futbol turnirinin finalçıları məlum olub

“Azfar Group”un təşkilati dəstəyi, 4çarx Təkər Mərkəzinin təşkilatçılığı, “Mammedoff Group”un baş sposorluğu, "İrşad Elektroniks"in sponsorluğu ilə jurnalistlər arasında mini-futbol üzrə “I Əkinçi Kuboku” turnirinin final mərhələsinə yüksələn komandaların adı bəlli olub.
Ötən gün növbəti turun 3 oyunu keçirilib. Turnir “İki Sahil” - “Bakı 2019” oyunu ilə start götürüb. Oyun "Bakı 2019" komandasının qələbəsi ilə başa çatıb. Növbəti finalçılar isə bazar günü adına aydınlıq gəlib. “İdman Azərbaycan” – “Müsavat”, “İTV” – “İnternasional” oyunları ilə ikinci tura yekun vurulub. "İdman Azərbaycan" və "İnternasional" növbəti finalçılar olub.
Qeyd edək ki, kubokun final oyunları iyulun 19-20-21-də olacaq. Qaliblərin mükafatlandırma mərasimi iyulun 21-də keçiriləcək.