• 25 Aprel 2024
logo
Güləş yarışlarının təqvimi iyunda açıqlanacaq

Güləş yarışlarının təqvimi iyunda açıqlanacaq

Dünya Güləş Birliyinin (UWW) 2020-ci ilin qalan hissəsi və 2021-ci il üçün təqviminin müəyyənləşəcəyi vaxt bəlli olub.

Apasport.az saytının məlumatına görə, təqvim iyunun ortalarında müəyyənləşəcək.

Bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb: “Turnirlərin təqvimi iyunun ilk yarısının sonlarında müəyyənləşməlidir. Olimpiadaya qədər yarış sayı az olmayacaq. Üstəlik, lisenziya turnirləri də gündəmdən çıxarılmayın. Yaxın vaxtda UWW-nin texniki komitəsi ilə birlikdə vəzifə və planları müzakirə edəcək, təqvimi quracağıq”.

Qeyd edək ki, Avropa təsnifat turniri martın 19-22-də Budapeştdə (Macarıstan), dünya təsnifat turniri aprelin 30-dan mayın 3-dək Sofiyada (Bolqarıstan) keçirilməli olsa da, koronavirus pandemiyası üzündən təxirə salınıb.