• 28 Mart 2024
logo
UEFA prezidenti: “Çempionlar Liqasının finalının yanvarda tamaşaçılar önündə keçirilməsinə razı olaram”

UEFA prezidenti: “Çempionlar Liqasının finalının yanvarda tamaşaçılar önündə keçirilməsinə razı olaram”

“Mən peyğəmbər deyiləm. 1, 2, 3 və ya 4 ayda nə olacağını bilmirəm. Amma indiki durumda gerçək budur ki, Avropada mövsümü bitirə bilərik”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Sloveniyalı koronavirus pandemiyası üzündən dayandırılan futbol mövsümü barədə fikirlərini açıqlayıb: “Milli liqalar bizdən asılı deyil. Onların 80 faizi mövsümü bitirəcək. Liqaların qərarının bizə təsiri yoxdur. 1-ci, 2-ci, 3-cü, 4-cü yerlərin kim olması vacibdir. Mövsümü başa çatdırmaq qərarları tez alındı. Bunu ideal düşüncə saymıram. Bəziləri istisna olmaqla, hamısı oynaya bilərdi. Amma bu qərarı dövlətlər və klublar alıb. Erkən verildi. Lakin bu, onların qərarıdır”.

Çeferin Çempionlar Liqasının finalının gələn ilin yanvarında da olsa keçirilməsinə razı olduğunu bildirib: “Çempionlar Liqasının finalının yanvarda tamaşaçılar önündə keçirilməsinə razı olaram. Amma bunu bilmirik. Hər günü durumu izləyirik. İndi vəziyyət yaxşıya doğru gedir. Hər şeyin qaydasına düşməsi üçün müsbət enerji və müsbət düşüncəyə sahib olmalıyıq. Ümumilikdə isə təqvimdə dəyişikliklər olacağını gözləmirəm. Təqvim onsuz da sıxdır. Bir neçə günü dəyişə bilərik”.