• 29 Mart 2024
logo
A seriyası qruplara bölünərək keçirilə bilər

A seriyası qruplara bölünərək keçirilə bilər

İtaliya A seriyasının 2020/21 mövsümünün taleyinə sabah aydınlıq gələcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, A seriyasının Şurası növbəti mövsümün necə keçirilməsi barədə qərar qəbul edəcək.

Şura üzvlərinin çempionatın 18 komanda ilə təşkil olunacağına səs verəcəyi bildirilir. Növbəti mövsümdə aşağı dəstəyə düşən komanda olmayacaq.

Belə hadisə sonuncu dəfə 1948-ci ildə yaşanıb. 72 ildən sonrakı addım A seriyasında komanda sayını artırmağa xidmət edir. 2021/22 mövsümündə iştirakçı sayı 20-yə qaldırılacaq. Bu komandaların iki qrupda mübarizə aparacağı gözlənilir.