• 29 Mart 2024
logo
On yeddi ölkədə futbol çempionatının başlayacağı tarix açıqlanıb

On yeddi ölkədə futbol çempionatının başlayacağı tarix açıqlanıb

Koronavirus pandemiyası səbəbindən Avropada dayandırılan ölkə çempionatlarından bəzilərinin bərpa olunma tarixi bilinib.

Apasport.az saytının məlumatına görə, müxtəlif ölkələr mübarizənin davam etməsi üçün təxmini vaxt müəyyənləşdiriblər.

İlk olaraq almanlar Bundesliqanı davam etdirməyi planlaşdırırlar. Əgər hər hansı bir qərar dəyişikliyi olmasa, mayın 16-da Almaniya çempionatı bərpa ediləcək. Ümumilikdə 17 ölkədə hazırkı duruma əsasən, futbola dönüş vaxtı bəllidir. Onlardan 8-i mayda, 9-u isə iyunda çempionatı bərpa etmək fikrindədir.