"Formula 1" üzrə mövsümün 10-cu Qran-prisi bu gün Böyük Britaniyanın Northemptonşir şəhərindəki "Silverstoun" trasında iki sərbəst yürüşlə start götürəcək.
Trend-in məlumatına görə, iyulun 13-də üçüncü sərbəst yürüş və təsnifat mərhələsi olacaq. Proqram iyulun 14-də Bakı vaxtı ilə saat 17:10-da başlanacaq yarışla bitəcək.
Qeyd edək ki, Böyük Britaniya Qran-prisi ilk dəfə 13 may 1950-ci ildə baş tutub. Bu, həm də "Formula 1" tarixinə birinci Qran-pri kimi düşüb. "Silverstoun" avtodromunun sxemi indiyədək 9 dəfə dəyişib. Tras çətin, yüksək sürətli və çoxlu cəld döngələrə malikdir.