• 26 Aprel 2024
logo
"Atletiko" Kostaya 70 milyon avro qiymət qoydu

"Atletiko" Kostaya 70 milyon avro qiymət qoydu

"Atletiko" yollarını ayırmağa hazırlaşdığı Dieqo Kostanın qiymətini açıqlayıb.
Trend-in məlumatına görə, Madrid klubu 30 yaşlı hücumçuya 70 milyon avro qiymət qoyub.
La Liqa təmsilçisi bu məbləği ispan oyunçunu transfer etmək istəyən İngiltərə Premyer Liqa klubu "Vulverhempton"dan tələb edib.
Qeyd edək ki, Kosta ötən mövsüm 21 oyunda 5 qol vurub, 3 qolun ötürməsini edib.