• 16 İyul 2019
logo
add image
15 İyun Milli Qurtuluş gününə həsr olunmuş karate yarışı keçirilib

15 İyun Milli Qurtuluş gününə həsr olunmuş karate yarışı keçirilib

15 İyun - Milli Qurtuluş günü münasibətilə Azərbaycan Milli Karate Federasiyası, Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və “Arpaçay” karate klubunun birgə təşkilatçılığı ilə karate üzrə seminar və Xətai rayon birinciliyi keçirilib.
Federasiyadan Trend-ə verilən məlumata görə, ikiqat Dünya çempionu, 7-ci dan qara kəmər sahibi Fizuli Musayevin rəhbərliyi ilə seminar böyük maraqla qarşılanıb. Seminara müxtəlif bölgələrdən idmançı və məşqçilər qatılıb. Ertəsi gün yarışlarda isə Rusiyanın Maqadan vilayətindən gələn idmançılarla birgə 21 klubun tərkibində 250-dək karateçi iştirak edib.
6-20 yaş arası uşaq, yeniyetmə və gənclər arasında yarışın nəticələrinə əsasən “Arpaçay”, “Qaraqaplan” və “Buta” (Sumqayıt) klubları komanda hesabında ilk yerləri bölüşüb.