• 1 Oktyabr 2020
logo
İngiltərə Premyer Liqasında əvəzetmə sayı artırıla bilər

İngiltərə Premyer Liqasında əvəzetmə sayı artırıla bilər

İngiltərə Premyer Liqasında əvəzetmələrin sayı artırıla bilər.
Yarışın təşkilatçıları bu addımı atmağa hazırdır.
Premyer Liqa koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpasından sonra komandalara hər oyunda 5 dəyişikliyə icazə verilməsinin tərəfdarıdır. Bu da onunla bağlıdır ki, fasilədən sonra futbolçuların fiziki durumu idealdan uzaq olacaq, həmçinin komandalar həftədə iki matç keçirməsi ehtimalı da var. Belə yükləmə zədə riskini artıra bilər.
Müvəqqəti olaraq hər matçda beş əvəzetmə ilə bağlı təklif FİFA tərəfindən irəli sürülüb. Əgər təklif qəbul olunsa, İngiltərə klubları özləri bundan yararlanmaq barədə qərar qəbul edəcək.
Bənzər təkliflə İtaliya “Sampdoriya”sının baş məşqçisi Klaudio Ranyeri də çıxış edib. Buna əsasən komanda matç ərzində yenə maksimum 14 oyunçudan yararlansa da, geri qayıtmalarla birlikdə 5 dəfə əvəzetmə gerçəkləşdirə bilər.