• 28 Sentyabr 2020
logo
ÜST UEFA-ya beynəlxalq yarışları 2021-ci ilin sonunadək dayandırmağı tövsiyə edib

ÜST UEFA-ya beynəlxalq yarışları 2021-ci ilin sonunadək dayandırmağı tövsiyə edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) UEFA-ya beynəlxalq futbol yarışlarını 2021-ci ilin sonunadək dayandırmağı tövsiyə edib.

Bu məsələ hər iki təşkilatın nümayəndələri arasında videokonfrans zamanı müzakirə olunub.

Qeyd olunur ki, konfrans 2 saatdan çox davam edib. ÜST nümayəndələri Avropanın ali futbol qurumuna koronavirus pandemiyasının mümkün inkişaf ssenariləri ilə bağlı proqramlar nümayiş etdirib.

Bu proqramlar əsasında beynəlxalq yarışların dayandırılması tövsiyə edilib.

Ötən gün UEFA üzv ölkələrə yarımçıq qalan milli çempionatların başa çatdırılmasını tövsiyə edib. Bundan əlavə, yaxın zamanlarda beynəlxalq yarışların təqvim planı da müzakirə olunacaq.