• 23 Sentyabr 2020
logo
Bakı Ali Neft Məktəbi Layihə İdarəetmə Məktəbinə dinləyici qəbulu elan edir

Bakı Ali Neft Məktəbi Layihə İdarəetmə Məktəbinə dinləyici qəbulu elan edir

Bakı Ali Neft Məktəbi Layihə İdarəetmə Məktəbinə dinləyici qəbulu elan edir.
Bakı Ali Neft Məktəbinin (BANM) ABŞ-ın Corc Vaşinqton Universitetinin magistratura proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni qrupu üçün artıq qeydiyyat başlanıb.
BANM-dən verilən məlumata görə, Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən Layihə İdarəetmə Məktəbinin növbəti dərslərinə 24 aprel tarixindən start veriləcək. Layihə çərçivəsində yerli dinləyicilərə bir çox güzəştləri özündə ehtiva edən Təqaüd Proqramı təklif edilir.
SPM-in məqsədi layihə menecmenti üzrə təhsil almaq istəyən, lakin xaricdə təhsil almağa zamanı və imkanı olmayanlara elə Bakıda bu sahə üzrə dərin biliklərə yiyələnməklərinə şərait yaratmaqdır.
Bu beynəlxalq proqramı uğurla başa vuran iştirakçılar sonda Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. Bundan başqa, proqram üzrə tədris edilən hər bir modul (təlim) üzrə də Corc Vaşinqton Universitetinin sertifikatları təqdim edilir.
Qeyd edək ki, Layihə İdarəetmə Məktəbində “Layihələrin idarə edilməsi”, “Qrafik və xərclərə nəzarət”, “Risklərin idarə edilməsi”, “Layihəyə rəhbərlik, menecment və kommunikasiya”, “Layihə rəhbərləri üçün keyfiyyət”, “Layihə idarəetməsinin tətbiqi mexanizmləri”, “PMP imtahanına hazırlıq”, “Layihə menecerləri üçün danışıq aparma bacarıqları” kimi modullar tədris edilir.
İştirak etmək istəyənlər www.spm.az saytında qeydiyyatdan keçə və daha ətraflı məlumat üçün (+99450) 843 30 62 nömrəsi ilə əlaqə saxlaya bilərlər.