• 19 Aprel 2024
logo
ÜST-dən pandemiya zamanı məhdudiyyətlər barədə çağırış

ÜST-dən pandemiya zamanı məhdudiyyətlər barədə çağırış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin ləğvi mərhələli şəkildə həyata keçirilməli və mümkün risklərin dəqiq təhlili ilə müşayiət olunmalıdır.

Bunu ÜST-ün rəsmi nümayəndəsi Kristian Lindmayer deyib.

O bildirib ki, pandemiya bitdikdən sonra məhdudiyyətləri dərhal aradan qaldırmaq tövsiyə olunmur. Bunun üçün yaşayış məntəqələrində, ictimai nəqliyyat kimi yerlərlərdə riskləri təhlil etmək lazım olacaq:

“Pandemiya hər yerdə eyni anda başa çatmayacaq. Hər ölkə və region sosial və fiziki məsafə qaydaları ilə bağlı tədbirlərin azaldılıb-azaldılmaması barədə qərarı özü verəcək”.