• 26 Aprel 2024
logo
Yaşı 65-dən yuxarı 5 mindən çox şəxsə sosial xidmət göstərilib

Yaşı 65-dən yuxarı 5 mindən çox şəxsə sosial xidmət göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu ilin yekunlarına əsasən yaranmış 200 milyon manat dəyərində “Təhlükəsizlik yastığı” adlı ehtiyatı var. Əgər tələb olunarsa, mart və aprel ayları ərzində pensiya ödənişi arasında heç bir fasilənin olmaması üçün iş aparılacaq. Pensiya və bütün sosial ödənişlərin ödənilməsi gecikdirilməyəcək, əksinə, vaxtından əvvəl ödəniləcək.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Onun sözlərinə görə, yaşı 65-dən çox insanların pensiyalarının ala bilməsi üçün müəyyən addımlar atılıb:

“İlk hərəkət məhdudiyyəti yaşı 65-dən çox olan insanlar üçün tətbiq edilib. Həmin vaxtdan etibarən 65 yaşdan yuxarı olan və tənha yaşayan şəxslər nazirlik tərəfindən sosial xidmətə qəbul edilib. Əgər 24 mart tarixindən əvvəl ölkə üzrə yaşı 70-dən yuxarı olan təqribən 7500 şəxsə evində sosial məişət xidməti göstərirdiksə, artıq bu gün həmin statistika 12400 nəfərə çatıb. yaşı 65-dən yuxarı olan 5000-dən çox şəxs sosial xidmətə qəbul edilib. Sosial xidmətə qəbul edilmə dedikdə, həmin şəxslərin küçəyə çıxamaması üçün zəruri ərzaqla təminatı, apteklərdən dərmanların alınması, icbari ödənişlərin həyata keçirilməsi və evdə sosial məişət xidmətlərinin göstərilməsidir. Bu kimi xidmətlərdən istifadə etmək üçün yaşı 65-dən çox olan şəxslər Çağrı Mərkəzinə zəng etməklə qeydiyyata alınması tövsiyə edilib”.