• 23 Aprel 2024
logo
Rayon xəstəxanalarında həkimlərə koronavirusla bağlı təlimlər keçirilir

Rayon xəstəxanalarında həkimlərə koronavirusla bağlı təlimlər keçirilir

Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində regionlarda yerləşən Rayon Mərkəzi Xəstəxanalarının həkimləri üçün təlimlərə start verilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, aprelin 5-də Masallıda reanimatoloq, pulmonoloq, infeksionist və epidemioloqlardan ibarət qrupun koronavirusla mübarizəyə ayrılmış xüsusi xəstəxananın tibb personalı ilə nəzəri və praktik təlimləri baş tutub.

Təlimlər digər region xəstəxanalarında da davam etdiriləcək.