• 24 Aprel 2024
logo
İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək

İcazəsiz evdən çıxanlara ilkin olaraq xəbərdarlıq ediləcək

Sabahdan etibarən Azərbaycan ərazisində hərəkət məhdudlaşdırılır. Bu durumda vətəndaşları maraqlandıran suallardan biri də icazəsiz yaşayış yerini tərk etdikdə cərimə olunub-olunmamaları ilə bağlıdır.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müvafiq icazə olmadan evdən çıxan vətəndaşlar evə qayıtmaqla bağlı polisin tələbini dərhal, sözsüz yerinə yetirdikdə onlar cərimə olunmurlar.

Həmin şəxslərə yalnız xəbərdarlıq edilir.